Posts

Kaş bircə saniyə...

Bəzən xəstəliklər çox qəddar olur. Bizdən ən vacib bildiyimiz orqanları alıb aparır. Kiminin böyrəyini, kiminin bağırsağını, kimininsə ayağını... Eynilə 4-cü kursda ilk damar yolu açdığım yaşlı kişi xəstə kimi. Cərrahi Xəstəliklər şöbəsində, ayaqlarından biri amputasiya olunacaqdı. Bilməyənlər üçün deyim ki, Şəkər xəstəliyi nəzarət edilmədiyi təqdirdə çox təhlükəlidir. Məsələn, qanla yaxşı qidalanmadığı üçün periferiyadakı sinirlər zamanla zədələnir və insan ayağını sobada qızdırarkən bir də görür ki, sən demə bayaqdan ayağı yanırmış. Artıq fərqinə varanda gec olur. Gec sağalan və zamanla iltihablaşıb həmin nahiyənin nekrozuna səbəb olan yaralar isə, xəstəliyinə nəzarət etməyən diabetiklərə yad deyil. Xəstəliklər bizim yaşımızla, ya da həyat hekayəmizlə maraqlanmır. Heç gözləmədiyimiz anda olur bəzən hər şey. Təəssüf ki, xəstəliklər bizdən sadəcə ayağımızı da almır... " Qızım evləndikdən bir neçə il sonra nəvəm dünyaya gəldi. Şirin-şəkər Aynurum. Qucağıma qoyurlar, o da əlini həmi...
Recent posts